MDB
"Starlink" kəsildi, cəbhədə dönüş yarandı: Ukrayna bu qədər ərazini azad edib
İlin əvvəlində Ukrayna Silahlı Qüvvələri (VSU) genişmiqyaslı hücumlar nəticəsində təxminən 400 kvadrat kilometr ərazini geri qaytarıb.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin (DIA) hesabatına istinadən yazıb.
Məlumata görə, bu irəliləyiş Rusiyanın istifadə etdiyi peyk internet sistemi "Starlink" terminallarının sıradan çıxarılması ilə əlaqələndirilir. ABŞ tərəfi bu cihazların Rusiya hərbçiləri tərəfindən qeyri-qanuni şəkildə, digər ölkələrdən kontrabanda yolu ilə gətirildiyini bildirir. Sistem əsasən dronların idarə olunması və qoşunların koordinasiyası üçün istifadə edilirdi.
Hesabatda qeyd olunur ki, Rusiya ordusunun kommunikasiya imkanlarına həm də “Telegram” platformasına məhdudiyyətlər əlavə zərbə vurub. Bununla belə, mart ayına olan vəziyyətə görə, Rusiya ordusu döyüş funksiyalarının əksəriyyətində ümumi üstünlüyünü qoruyub.
Ukrayna Müdafiə Nazirliyinin müşaviri Sergey Beskrestnov bildirir ki, "Starlink" bağlantısının itirilməsi Rusiya ordusu üçün “kritik zərbə” olub, bəzi bölgələrdə hücum əməliyyatlarının dayanmasına qədər təsir göstərib.
Məlumata görə, ABŞ rəsmiləri hələ Co Bayden administrasiyası dövründə "SpaceX" ilə Rusiya hərbçilərinin terminallardan istifadəsinin məhdudlaşdırılması barədə müzakirələr aparıb. 2026-cı ilin əvvəlində Ukrayna tərəfi də bu cihazların deaktiv edilməsini tələb edib.
Ukrayna rəsmisi Mixail Fyodorov bu addımın Rusiya ordusunun döyüş qabiliyyətinə ciddi təsir etdiyini bildirib.
Ukrayna tərəfinin “DeepState” monitorinq qrupunun məlumatına görə, Rusiya ordusunun irəliləyiş tempi da xeyli zəifləyib: yanvarda 245 kv km ərazi ələ keçirən qüvvələr, sonrakı aylarda bu göstəricini 120-160 kv km aralığına qədər endirib. Mayın ilk günlərində isə bu rəqəm daha da azalıb.
Mənbə iddia edir ki, hər 1 kv km ərazi üçün Rusiya ordusu orta hesabla onlarla hücum həyata keçirməli olur. Ukrayna isə bu fon üzərində cəbhədə müəyyən taktiki üstünlüklər əldə etdiyini bildirir.
Müəllif: Adəm
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 20 Sentyabr 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO



















.jpg)














