MDB
Moskvanın İrəvana açıq hücumu başladı: Paşinyandan alçaqlıq və vicdansızlıq görürük
Rusiyanın Ermənistan xalqına münasibəti dostcasınadır, lakin Rusiya Ermənistanda baş verən proseslərə səssiz qala bilməz.
Publika.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.
O, “Maks” kanalında yazıb: “Paşinyan artıq bütün siyasi qərarlarını verib, Rusiyaya dost olmayan, Rusiya Federasiyasını məhv etməyə çalışan ölkələrlə münasibətlər qurmaq”.
O, Ermənistan hakimiyyəti tərəfindən qəbul edilən qərarlar arasında parlamentin Aİ-yə qoşulma prosesinin başlanması ilə bağlı qanun qəbul etməsini, İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımasını və ona üzvlüyünü sadalayıb.
Volodin qeyd edib ki, Paşinyanın AİB-də qalmaq istəyi Avrasiya məkanından maliyyə məqsədləri üçün istifadə etməyə davam etmək cəhdidir və bu, artıq Ermənistanın ÜDM-nin 2,5 dəfə artmasına səbəb olub.
"Biz Ermənistana qazı təxminən dörd dəfə ucuz qiymətə veririk və bu, öz ziyanımızadır (Ermənistanda qiymət min kubmetr üçün 177,50 dollar, Avropada isə min kubmetr üçün 633 dollardır). Bu çətin dövrlərdə biz Ermənistan iqtisadiyyatını və vətəndaşlarını dəstəkləyirik. Bunun müqabilində Paşinyandan alçaqlıq və vicdansızlıq alırıq", - deyə o əlavə edib.
Volodinin fikrincə, Ermənistanın Baş naziri Rusiya Federasiyasına qarşı qeyri-dost siyasət yürüdür.
Müəllif: Tural
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı






















.jpg)



.jpg)











