MDB
Kiyevin vurulmasına Dövlət Dumasından reaksiya: "Ukraynanı xəritədən silə bilərik!"
"Rusiyanın sülhsevərliyini zəiflik kimi görmək təhlükəlidir".
Publika.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Aleksey Tolstoy özünün "Telegram" kanalında yazıb. O, gecə Ukrayna paytaxtına olan dəhşətli hücumları şərh edərkən qeyd edib ki, Rusiya Silahlı Qüvvələrinin "Ukraynanı dünya xəritəsindən silmək üçün geniş imkanları var".
"Kiyevdə və hətta ondan daha da uzaqda olan bəziləri Rusiyanın Ukraynanı xəritədən silmək üçün geniş imkanlara malik böyük bir hərbi güc olduğunu unudublar. Əgər belə hadisə baş vermiyibsə, bu, bəzilərinin düşündüyü kimi zəiflikdən qaynaqlanmır. Sülhsevərliyi zəiflik kimi görmək təhlükəlidir!",- Tolstoy yazıb.
Xatırladaq ki, Rusiya Ukraynaya raket və PUA-larla genişmiqyaslı hücumlar edib. Rəsmi Kiyev ballistik raketlər, o cümlədən məşhur "Oreşnik"lərdən də istifadə olunduğunu bəyan edib.
Prezidenti Volodimir Zelenski Rusiyanın son raket və dron hücumlarından sonra ölkədə xilasetmə və fövqəladə xidmətlərin fasiləsiz çalışdığını bildirib. Zelenski bəyan edib ki, Rusiya Ukraynaya qarşı müxtəlif tipli 90 raket, o cümlədən 36 ballistik raket və 600 pilotsuz uçuş aparatı tətbiq edib.
Müəllif: Tural
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı















.jpg)






.jpg)





.jpg)










