MDB
Kremlin daxilində gərginlik artır: Putin inadından əl çəkmədi
Rusiya prezidenti Vladimir Putin internet üzərində məhdudiyyətlərin sərtləşdirilməsinə qarşı çıxan siyasi elita nümayəndələrinin çağırışlarını rədd edib.
Publika.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məsələ ilə tanış mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Kreml daxilində bəzi yüksək vəzifəli rəsmilər - prezidentin mətbuat katibi Dmitri Peskov və prezident administrasiyası rəhbərinin birinci müavini, daxili siyasətə nəzarət edən Sergey Kiriyenko - Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən irəli sürülən internet məhdudiyyətlərinin yumşaldılmasına çalışıblar. Lakin bu cəhdlər nəticəsiz qalıb.
Mənbələrdən biri qeyd edib ki, müharibə davam etdikcə Putin təhlükəsizlik xidmətlərinə üstünlük verəcək.
Son aylarda Rusiyanın müxtəlif regionlarında internetin kəsilməsi, daha sonra isə "Telegram"a məhdudiyyətlərin tətbiqi Moskva elitası arasında narazılıq və istehzalı reaksiyalar doğurub.
“Hamı nahar süfrəsində internetdən danışır. Biz indi Şimali Koreyaya bir az da yaxınlaşmışıq”, - deyə Kremlə yaxın mənbələrdən biri bildirib.
Eyni zamanda, əvvəllər tənqid edilən Çin tipli internet senzurasının indi Rusiya daxilində “nümunə” kimi qəbul edilir.
Qeyd olunub ki, internet məhdudiyyətləri Putinin reytinqinə də təsir göstərib. 2018-ci ildən bəri ən kəskin enişlərdən birinə səbəb olub.
Adəm
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 20 Sentyabr 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO


















.jpg)














