MDB
"Qiyamət radiosu" bu gün iki dəfə işə düşdü - Sirli şifrələr yayımlandı
Rusiyaya məxsus olduğu iddia edilən və uzun illərdir sirri açılmayan məşhur "UVB-76" (Qiyamət günü radiosu) radiostansiyası bu gün növbəti dəfə hərəkətə keçib.
Publika.az xəbər verir ki, "UVB-76 loqları" teleqram kanalının yaydığı məlumata görə, bu gün - bazar ertəsi günü Bakı vaxtı ilə saat 12:18-də stansiyanın daimi səssiz vızıltısı qəfildən kəsilib.
Radiodalğada dərhal ikiqat şifrəli mesaj səsləndirilib: "NJTİ 39791 STEPODROK 2401 0710 ULOVOKURD 9086 6079"
Qeyd edək ki, dünya mətbuatında böyük maraq və narahatlıq doğuran bu radio son günlər ard-arda siqnallar ötürməyə başlayıb. Sirli stansiya oxşar ikiqat mesajı bir neçə gün əvvəl, yəni mayın 23-də də yaymışdı. Həmin vaxt şifrələrin tərkibində "skazopat" və "snopotyul" kimi qəribə rusdilli sözlərin olduğu bildirilirdi.
Onilliklərdir fasiləsiz yayımlanan, lakin rəsmi olaraq kimə aid olduğu açıqlanmayan bu radiostansiyadan gələn hər bir şifrəli mesaj dünyada "böyük müharibə və ya qiyamət anonsu" kimi qarşılanır.
Adəm
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?

















.jpg)




.jpg)






.jpg)









