MDB
MDB-dən çıxış başlayır: Moldova əsas sazişləri ləğv etdi
Moldovanın Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxışı ilə bağlı proses rəsmən başlayıb.
Publika.az xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev açıqlama verib.
Onun sözlərinə görə, Kişinyov artıq MDB-nin əsas sazişlərindən çıxmaq üçün müraciət edib və prosedur təxminən bir il davam edəcək. Bununla yanaşı, Moldova iqtisadi əməkdaşlıq aspektini qoruyub saxlamaq niyyətində olduğunu bildirib.
Məlumata görə, bu ilin mart ayında Moldova prezidenti Maya Sandu MDB-nin yaradılması, təşkilatın nizamnaməsi və Alma-Ata Bəyannaməsi ilə bağlı əsas müqavilələrdən çıxış qərarlarını təsdiqləyib. Həmin qərarlar artıq qüvvəyə minib.
Eyni zamanda, Moldova hökuməti 1993-cü il yanvarın 22-də Minskdə imzalanmış MDB Nizamnaməsini də denonsasiya edib.
Bundan əvvəl ölkənin Xarici İşlər Nazirliyi Moldovanın MDB-dən tam çıxışı üçün zəruri prosedurlara start vermişdi.
Moldova parlamentinin Sosialistlər Partiyasından olan deputatı Olqa Cebotar isə hakimiyyətin MDB-dən çıxmaq qərarının daha çox simvolik addım olduğunu bildirib. Onun fikrincə, bu qərar ölkə vətəndaşlarına real fayda verməyəcək.
Adəm
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?

















.jpg)




.jpg)






.jpg)









