MDB
“Qiyamət buzlağı”nın Rusiya üçün yaratdığı təhlükə: Bu ərazilər suyun altında qalacaq
Antarktidanın "Qiyamət buzlağı" kimi tanınan “Tueytsa” buzlağının əriməsi, ən pis ssenaridə, qlobal dəniz səviyyəsinin o qədər əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb ola bilər ki, təkcə sahil şəhərləri deyil, həm də Qərbi Sibir də daxil olmaqla, alçaq ərazilər daşqın riski ilə üzləşə bilər.
Publika.az xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Coğrafiya İnstitutunun tədqiqatçısı Mariya Ananiçeva NSN-ə bildirib.
Daha əvvəl beynəlxalq alimlər qrupu “Tueytsa” buz şelfinin şərq hissəsinin sürətlə aşındığını bildirmişdi. Bu hissə təbii maneə rolunu oynayır və okeana nəhəng buz kütlələrinin hərəkətinin qarşısını alır.
Ananiçevanın sözlərinə görə, iki ssenari mümkündür. Əgər yalnız buzlağının özü ərisə, qlobal dəniz səviyyəsi təxminən 60 santimetr arta bilər. Lakin, proses qonşu Antarktida buz təbəqəsinə də təsir edərsə, dəniz səviyyəsinin qalxması üç metrə çata bilər.
Ekspert qeyd edib ki, ən pis ssenaridə nəticələr dünyanın bir çox liman şəhərlərinə və düzənlik bölgələrinə təsir edəcək. O, potensial olaraq həssas bölgələr arasında Qərbi Sibirin adını çəkib. Lakin alimlər belə dəyişikliklərin 200 ildən tez baş verməyəcəyini təxmin edirlər.
Müəllif: Tural
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 20 Sentyabr 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO

















.jpg)














