MDB
Moskvadan İrəvana daha bir xəbərdarlıq: Çıxsan, bunları itirəcəksən
Əgər Ermənistan Avrasiya İqtisadi Birliyindən ( AİB) çıxsa, postsovet respublikası ticarət dövriyyəsinin təxminən 40 faizini itirə bilər.
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti”nin İrəvanın Avropa İttifaqı (Aİ) ilə yaxınlaşmasının nəticələri barədə hesabatında bildirilir.
Agentlik AİB üzvü kimi aldığı ticarət imtiyazlarının itirilməsini Ermənistan üçün əsas təhdidlərdən biri kimi müəyyən edib. Buraya üzv dövlətlər üçün 5 faizlik aşağı, vahid tarif dərəcəsi, eləcə də müəyyən hallarda rüsumsuz idxal hüququ daxildir.
Əgər Ermənistan Aİ-yə qoşularsa, postsovet ölkəsi bu cür imkanları itirəcək. Agentlik postsovet ölkəsinin xarici ticarət strukturunda mühüm rol oynayan Rusiya ilə ticarətin kəskin azalması riskini İrəvanın Avropa ilə yaxınlaşmasının digər bir nəticəsi kimi göstərib. Ötən il Ermənistanın Aİİ-yə ixracından əldə etdiyi gəlirin böyük əksəriyyəti Rusiya bazarının payına düşüb - ümumilikdə 3,2 milyard dollardan 2,9 milyard dollar.
Ümumilikdə, ötən il Ermənistanla AİB arasında ticarət dövriyyəsi 8,2 milyard dollara çatıb. Agentlik İrəvanın qalan tərəfdaşları ilə ticarət həcmini 13,2 milyard dollar olaraq qiymətləndirib. Buna görə də, analitiklər belə qənaətə gəliblər ki, Ermənistan ittifaqdan çıxsa, ölkə ticarət dövriyyəsinin 38,5 faizini itirə bilər.
Baş nazir Nikol Paşinyan dəfələrlə Ermənistanın Avropa İttifaqına (Aİ) qoşulmaq istəyini bildirib. Rusiya İrəvanı ölkənin eyni vaxtda həm AİB, həm də Aİ-də olmasının mümkünsüzlüyü barədə xəbərdar edərək qonşu dövləti yekun qərar verməyə çağırıb.
Müəllif: Tural
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?

















.jpg)




.jpg)






.jpg)









