MDB
İqtisadi inteqrasiya məhdudlaşdırıla bilər - Putindən Ermənistana xəbərdarlıq
Əgər İrəvan Avropa İttifaqına üzvlük istiqamətində fəaliyyətini davam etdirmək qərarı qəbul edərsə, Moskva Ermənistanla iqtisadi inteqrasiya sahəsində işi faktiki olaraq dayandıra bilər.
Publika.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Astanada keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasının yekunlarına dair mətbuat konfransında deyib.
“Bəzi mexanizmləri uyğunlaşdırmaq mümkündür, bəzilərini isə yox. Bu gün bir-biri ilə müqayisə olunmayan çox şey var. Onlar birlikdə mövcud ola bilməz”, - deyə Rusiya Prezidenti bildirib.
O qeyd edib ki, Avropa standartlarına keçid üçün böyük həcmdə investisiyalar və vaxt tələb olunur: “Məsələn, Avropada mövcud olan və yəqin ki, bizimkindən daha inkişaf etmiş bəzi standartları təmin etmək üçün həmin məhsullar üzrə istehsal yaratmağa vəsait yatırmalıyıq. Eyni vəziyyət əks istiqamətdə də keçərlidir. Buna görə də bu gün və ya sabah birini digəri ilə birləşdirmək praktiki olaraq mümkün deyil”.
Rusiya liderinin sözlərinə görə, məhz buna görə də Rusiya inteqrasiya xarakterli iqtisadi əməkdaşlığı məhdudlaşdırmağa məcbur qala bilər: “Buna görə də biz bu halda iqtisadiyyat sahəsində inteqrasiya prosesləri ilə bağlı fəaliyyətimizin, demək olar ki, tamamilə dayandırılmasına məcbur olacağıq”.
-
Nida Xəbər 15:46Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
























.jpg)














