MDB
Əsirin dəhşətli xatirələri: Gündə iki peçenye yeyirdik
Ukraynada gərgin döyüşlər davam edir.
Publika.az xəbər verir ki, həm Rusiya, həm də Ukrayna beşinci ilə keçən müharibə ilə bağlı dəhşətli məlumatlar yayırlar. Məsələn, əsirlərdən alınan ifadələrdə müharibənin yaratdığı acınacaqlı vəziyyətlər əks olunur.
Rusiya hərbçilərinə təslim olan Ukrayna Silahlı Qüvvələrinin (VSU) 157-ci Mexanikləşdirilmiş Briqadasının sıravi əsgəri Sergey Kadunov TASS-ın müxbiri ilə söhbətində qidalanma problemindən danışıb. Onun iddiasına görə, Sumı vilayətində yerləşdirilmiş Ukrayna əsgərləri qida çatışmazlığı səbəbindən gündə cəmi iki peçenye yeyirmişlər.
Kadunovun sözlərinə görə, komandanlıq onları mövqelərinə göndərəndə onun və əsgər yoldaşlarında demək olar ki, heç bir ərzağı olmayıb. Sergeyin yalnız qəhvə, çay və quru spirti var imiş. Onun yoldaşlarından birinin isə əsgər payından çıxan peçenye paştetdən başqa heç nəyi olmayıb.
"Gündə iki peçenye yeyirdik, bəzən gündə üç dəfə çay içirdik. Güclə həyatda qalırdıq", - deyə əsir xatırlayıb.
O, həmçinin qeyd edib ki, Ukrayna əsgərlərinin əlavə quru paltarları da yox imiş. Tamamilə nəm paltarda olublar və əsgərlər palçığın içində xidmət aparıblar.
Məllif: Tural
-
Nida Xəbər 15:46Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
























.jpg)














