MDB
Rusiya Ermənistanın qazını kəsdi? - Nazir "denonsasiya məktubu almışıq" deyir
Rusiya ilə Ermənistan arasında qaz böhranı yaranmayıb.
Publika.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. News.am saytı Ermənistanın Ərazi idarəetmə naziri David Xudatyana istinadən yazıb ki, hazırda Rusiyadan Ermənistana qaz tədarükü normal rejimdə davam edir.
"Rusiyadan tədarük əvvəlki qaydada davam edir. Bu baxımdan heç bir problem görmürük. Rusiyadan olan həmkarlarımız, eləcəd də "Qazprom"dan olan həmkarlarımızla daim əlaqə saxlayırıq və normal şəkildə işləyirik", - deyə nazir bildirib.
Xudatyan onu da qeyd edib ki, nazirlik Rusiya tərəfindən qaz, neft məhsulları və xam almazla bağlı müqavilənin mümkün denonsasiyası (Bir dövlətin əvvəlcədən digər tərəfi xəbərdar etməklə, iştirakçısı olduğu beynəlxalq müqavilədən (və ya sazişdən) rəsmi olaraq birtərəfli qaydada imtina etməsi və onun qüvvəsini ləğv etməsi -red.) ilə bağlı məktub alıb.
Xatırladaq ki, son günlər Rusiya ilə Ermənistan arasında iqtisadi və diplomatik gərginlik yaşanır. Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, əgər Ermənistan Avropa Birliyinə qoşularsa, Rusiya bu ölkəyə olan qaz və neft məhsullarının tədarükü ilə bağlı güzəştləri ləğv edə bilər. Bu barədə artıq rəsmi olaraq İrəvana məktubun da göndərildiyi açıqlanıb. Lakin Paşinyan buna cavabında bəyan etsi ki, ölkəsi əmtəə qiymətlərinin artmasından qorxmur.
Müəllif: Tural
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"












.jpg)














.jpg)











