MDB
Qatil qadının "son söz" hüququna görə hökm ləğv edildi
Moskva Vilayət Məhkəməsi qətl törətməkdə təqsirləndirilən bir qadın barəsində çıxarılan hökmü ləğv etmək məcburiyyətində qalıb.
Publika.az xəbər verir ki, bu barədə MK nəşri məlumat yayıb.
Bildirilib ki, buna səbəb məhkəmə zamanı müttəhimə "son söz" hüququnun verilməməsi kimi ciddi prosessual pozuntu olub. Qanuna əsasən, cinayətin ağırlıq dərəcəsindən asılı olmayaraq, bu hüquq bütün müttəhimlərə verilməlidir.
İstintaqın məlumatına görə, 41 yaşlı qadın 2 mart 2025-ci il tarixində mənzillərində yaranan içkili mübahisə zamanı birgə yaşadığı şəxsi bıçaqlayaraq öldürüb. Hadisədən sonra saxlanılan qadının daha əvvəl də ölümlə hədələmə və qəsdən ağır bədən xəsarəti yetirmə maddələri ilə məhkum olunduğu məlum olub. O, özünün yeni cinayətini şərti cəza müddəti bitməmiş törədib.
Nəticədə qadın 9,5 il müddətinə azadlıqdan məhrum edilmişdi. Lakin məhkəmə prosesində ona son söz verilmədiyi üçün vəkillər apellyasiya şikayəti veriblər. Hökm ləğv edilib və iş yenidən baxılması üçün Voskresensk Şəhər Məhkəməsinə göndərilib. Qeyd olunub ki, vəkillər heyətinin qərarı qüvvədə saxlanıldığı üçün cəzanın ağırlığı və ya şərtləri dəyişə bilər, lakin təqsirlilik hökmü böyük ehtimalla dəyişməz qalacaq.
Hüseyn İbadlı
-
Kriminal23:12Göygöldə dəhşətli qətl
-
Magazin221:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin119:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!













.jpg)



.jpg)













.jpg)

