MDB
Zatulindən Ermənistan AÇIQLAMASI - "Əlaqələr tədricən keçmişdə qalır"
"Ermənistan hökuməti Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı qanun qəbul edərək Rusiya ilə münasibətləri kəsməyə doğru gedir".
Publika.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin "Vesti" informasiya sisteminə müsahibəsində bildirib.
Zatulinin fikrincə, bu qərar Ermənistan cəmiyyətində Aİ-ni "işıqlı gələcək" kimi formalaşdırmağa yönəlib. O qeyd edib ki, ölkəni dəstəkləyən Avrasiya İqtisadi İttifaqı ilə əlaqələr isə tədricən keçmişdə qalır. Parlamentari vurğulayıb ki, Avropa İttifaqından rəsmi dəvət olmamasına baxmayaraq, Ermənistan hökuməti ötən il üzvlük prosesinə başlamaq barədə qanun qəbul edib.
Deputatın sözlərinə görə, bu addım cəmiyyətdə Avropa İttifaqının Ermənistan üçün arzuolunan və perspektivli istiqamət olduğu barədə təsəvvür yaradır. Eyni zamanda, o, ölkənin mövcudluğunu və inkişafını təmin edən Rusiya və Avrasiya İttifaqı ilə əlaqələrin köhnəlmiş kimi qəbul edilməyə başlandığını deyib.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Sevan şəhərindəki seçkiqabağı təşviqat zamanı Rusiyaya bir sıra erməni məhsullarının idxalına qoyulan qadağanın yanlış və siyasiləşdirilmiş olduğunu bəyan etmişdi.
Hüseyn İbadlı
-
Nida Xəbər 22:58"Naxçıvanın təhlükəsizliyi birinci şərtdir"
-
Rəsmi xronika22:16Prezident Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış oldu - FOTO
-
İdman21:53“Sabah” “Orhus”u darmadağın etdi - YENİLƏNDİ
-
Rəsmi xronika20:15Prezident Naxçıvanda yeni avtobuslara baxdı, dəmir yolunda yenidənqurma işləri ilə tanış oldu - FOTO/VİDEO
-
Rəsmi xronika19:40İlham Əliyev Naxçıvanda günəş elektrik stansiyalarında görülən işlərlə tanış oldu - FOTO/VİDEO
-
Magazin119:24Xuramanla əri arasında cəyirtkə qalmaqalı: “Məni boşayacaq” - VİDEO
-
Hadisə18:24Azərbaycanda meşədən qadın və kişi MEYİTİ TAPILDI
-
Yaxın Şərq17:07Müsəlman ölkələrinin birləşməsi İsraili təşvişə saldı: Tətikdə olmalıyıq


























.jpg)












