MDB
Rusiya şokda: Ukrayna Baltikdəki strateji neft terminalını vurdu
Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) iyunun 3-nə keçən gecə Rusiyanın bir sıra bölgələrinə, o cümlədən Leninqrad vilayətinə hücum edib.
Publika.az xəbər verir ki, bu barədə Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko məlumat verib.
Onun sözlərinə görə, hücum gecə saat 02:00-dan 07:00-dək davam edib və bu müddətdə 50 pilotsuz aparat məhv edilib. Hadisənin nəticələri barədə isə məlumat verilməyib.
Yerli KİV-lərin məlumatına görə, partlayış səsləri Sankt-Peterburqun bir neçə rayonunda eşidilib. Hücum nəticəsində Baltik dənizində Rusiyanın ən böyük neft yükləmə komplekslərindən biri olan “Peterburq Neft Terminalı”nda yanğın baş verib. İllik ötürücülük qabiliyyəti 12,5 milyon ton olan terminal ölkənin strateji enerji obyektlərindən hesab edilir.
Hücumun Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun açılış gününə təsadüf etməsi diqqət çəkib. İyunun 3-dən 6-dək keçiriləcək forumda Rusiya prezidenti Vladimir Putinin çıxışı gözlənilir. PUA hücumu fonunda Pulkovo hava limanında 29-dan çox reys gecikdirilib.
Gecə saatlarında Tambov vilayətinin Miçurinsk şəhəri də hücuma məruz qalıb. Vilayət rəhbəri Yevgeni Pervışov bildirib ki, yaşayış binasına, kitabxanaya, incəsənət məktəbinə və sənaye müəssisəsinin yardımçı tikililərinə ziyan dəyib. Xəsarət alan olmayıb.
Məlumata görə, dronların əsas hədəfi aviasiya və raket texnikasının idarəetmə sistemləri üçün avadanlıq istehsal edən “Proqress” zavodu olub. Müəssisə son illərdə bir neçə dəfə oxşar hücumlara məruz qalıb.
Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsasən, son sutka ərzində ölkə ərazisi üzərində ümumilikdə 354 PUA vurulub. Hava hücumundan müdafiə sistemləri 16 regionda fəaliyyət göstərib. Hücumlar səbəbindən Moskva, Kaluqa, Saratov, Nijni Novqorod, Yaroslavl və Pskov hava limanlarının işində də məhdudiyyətlər tətbiq olunub.
Adəm
-
Rəsmi xronika12:03İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi
-
Region11:43Ermənistan "Q nöqtəsi”nə getmək istəyən sərnişindir: Moskvadan istehzalı eyham
-
Maraq dünyası10:16Səhrada möcüzə olmayacaq: “The Line” layihəsi donduruldu
-
Maraq dünyası09:58İtaliyadakı qədim xəritədə də Nuhun gəmisinin yeri göstərilib: Oradadır
-
Magazin209:00Şəxsi kosmetika brendi üçün açıq-saçıq pozalar verdi - FOTO
-
İdman08:48Dünya Kubokunda Ebola əngəli - Yoldaşlıq oyunu ləğv edildi
-
Region08:00Türkiyəyə istirahətə gedənlərə ŞAD XƏBƏR - Qiymətlər endirilə bilər
-
Səhiyyə07:30Bu dərmanlar döş xərçəngi riskini azaldır





































