MDB
Rusiyada səsdən sürətli sərnişin təyyarəsi hazırlanır
Rusiyada səsdən sürətli sərnişin təyyarəsinin prototipi hazırlanır.
Publika.az xəbər verir ki, bu barədə Birləşmiş Aviasiya Korporasiyasının rəhbəri Vadim Badexa TASS-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, layihə üzərində işlər Jukovski adına Milli Tədqiqat Mərkəzi tərəfindən aparılır və Birləşmiş Aviasiya Korporasiyası (OAK) bu prosesə fəal dəstək verir.
“Bu, artıq kağız üzərində qalan layihə deyil. Təyyarənin prototipi real şəkildə hazırlanır və biz inanırıq ki, Jukovski Mərkəzinin apardığı işlər uğurla nəticələnəcək”, - deyə Badexa vurğulayıb.
Xatırladaq ki, mayın əvvəlində sənaye və ticarət naziri Anton Alixanov Rusiyada səsdən sürətli mülki təyyarənin yaradılması istiqamətində ilkin işlərin aparıldığını açıqlamışdı. Nazir bildirmişdi ki, hazırda mütəxəssislər təyyarənin layihələndirilməsi və təcrübi nümunəsinin hazırlanması ilə məşğuldurlar.
Alixanovun sözlərinə görə, əsas texnologiyaların tədqiqat-sınaq mərhələsinin 2029-2030-cu illərdə keçirilməsi planlaşdırılır. Təyyarənin tammiqyaslı təcrübi-konstruktor işlərinin isə 2035-2040-cı illər ərzində həyata keçirilməsi nəzərdə tutulur.
Adəm
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"



























.jpg)
.jpg)










