MDB
Bu ölkə tanklarını Rusiya sərhədinə göndərdi: Müharibə başlayır?
Britaniya ordusu əsas döyüş tankları olan "Challenger 2" tanklarını Rusiya ilə sərhəddə yerləşən Estoniyanın Vırumaa bölgəsinə göndərib.
Publika.az xəbər verir ki, bu barədə "Military Watch Magazine" məlumat yayıb.
Bildirilir ki, tanklar NATO-nun "Spring Storm" ("Bahar fırtınası") hərbi təlimlərində iştirak edib. Təlimlər zamanı Rusiyaya qarşı genişmiqyaslı müharibə məşqi edilib.
Nəşr qeyd edir ki, "Challenger 2" tankları Britaniya hərbi gücünün simvollarından biri hesab olunsa da, onların Rusiya ordusuna qarşı yüksək intensivlikli döyüşlərdə imkanları məhduddur.
Məqalədə vurğulanır ki, Ukrayna müharibəsində bu tankların istifadəsi bir sıra problemləri üzə çıxarıb. Belə ki, "Challenger 2"lərin aşağı güc-çəki nisbəti, məhdud atəş imkanları və köhnəlmiş atəşi idarəetmə sistemi tənqid hədəfinə çevrilib.
Qeyd edək ki, son aylarda NATO ölkələri Rusiya sərhədləri yaxınlığında hərbi fəallığı artırıb. Bu isə Moskva ilə Qərb arasında gərginliyin daha da yüksəldiyini göstərir.
Adəm
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"



























.jpg)
.jpg)










