MDB
Rusiya kəşfiyyatından iddia: Brüssel İrəvana təzyiq edir ki...
Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) Avropa İttifaqını Ermənistana təzyiq göstərməkdə ittiham edib.
Publika.az xəbər verir ki, SVR-nin yaydığı məlumata görə, Brüssel Ermənistanın Avropaya inteqrasiyası üçün əsas şərtlərdən biri kimi İrəvanın Moskva ilə çoxəsrlik mənəvi və dini əlaqələrini qırmasını tələb edir.
Bildirilib ki, Aİ xüsusilə Rus Pravoslav Kilsəsinin İrəvan-Erməni Yeparxiyasının fəaliyyət imkanlarını məhdudlaşdırmağa çalışır. İddialara görə, bu siyasət çərçivəsində Ermənistandakı Aİ-nin Müşahidə Missiyası rus pravoslavlığına qarşı kampaniyaya başlayıb.
SVR-nin məlumatında qeyd olunur ki, Avropa strukturları yeparxiyanı kilsə daşınmaz əmlakına dair hüquqlardan məhrum etməyə və onun Erməni Apostol Kilsəsi ilə dialoquna mane olmağa çalışır. Həmçinin, rusiyalı kəşfiyyatçılar Aİ-ni din xadimləri barəsində kompromat hazırlamaqda və bununla Ermənistan hakimiyyətini yeparxiyaya qarşı təqiblərə sövq etməkdə günahlandırıblar.
Nümunə kimi Gümrüdəki Rusiya hərbi bazasının nəzdində fəaliyyət göstərən kilsənin rəhbəri, keşiş Timofey Kazaryana qarşı kampaniya göstərilib. Məlumata görə, qərbyönlü qeyri-hökumət təşkilatları onu parlament seçkilərinə müdaxilə etməkdə ittiham ediblər.
Qeyd edək ki, SVR-nin səsləndirdiyi iddialarla bağlı Avropa İttifaqı və Ermənistan tərəfinin rəsmi mövqeyi açıqlanmayıb.
Adəm
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"



























.jpg)
.jpg)










