MDB
Dünya liderlərinə çar süfrəsi açılacaq: Sankt-Peterburq forumunun qeyri-adi menyusu
Rusiyanın Sankt-Peterburq şəhərinin tarixi mərkəzində yerləşən beşulduzlu hotellər qarşıdan gələn Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (PİEF) ərəfəsində qonaqlar üçün xüsusi qastronomik menyular təqdim ediblər.
Publika.az xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.
Bildirilir ki, forum iştirakçılarına XX əsrin əvvəllərinə aid reseptlər əsasında hazırlanmış yeməklər təklif olunur. Hotellərdən birinin nümayəndələri bildiriblər ki, iyunun 21-dək qonaqlar 1914-cü ilin sentyabrında həmin mehmanxanada təqdim olunan yeməklərdən ilhamlanan mövsümi menyudan yararlana biləcəklər.
Məlumata görə, tarixi menyu inqilabdan əvvəlki Rusiyada geniş yayılmış fransız mətbəxi ənənələrinə əsaslanır. Qonaqlara əsas yemək kimi gül kələmi və kapers yağı ilə təqdim olunan Ladoqa foreli, həmçinin mövsümi tərəvəzlər, Malaqa sousu və kress-salatla süfrəyə verilən qızardılmış ördək döşü təklif edilir.
Bundan əlavə, menyuda qara kürü ilə blinçiklər və armuddan hazırlanan desert də yer alıb.
Qeyd edək ki, 2026-cı ildə keçiriləcək XXIX PİEF dünyanın müxtəlif ölkələrindən hökumət rəsmilərini, iş adamlarını və ekspertləri bir araya gətirəcək. Daha əvvəl forum məkanında iştirakçıları könüllülərlə yanaşı qeyri-adi obrazlarda təqdim olunan humanoid robotların da qarşıladığı bildirilmişdi.
Adəm
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"













.jpg)



.jpg)










.jpg)








