MDB
KTMT-dən mühüm addım: Təşkilat hərbi potensialını artırır
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kollektiv hərbi qüvvələrinin gələcək inkişafını müəyyənləşdirəcək sənədlər imzalanıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Andrey Belousov məlumat verib.
Onun sözlərinə görə, qəbul edilən qərarlar təşkilatın kollektiv qüvvələrinin bütün komponentlərinin mərhələli inkişafına xidmət edəcək.
Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, əldə olunan razılaşmalar təşkilatın hərbi potensialının daha da gücləndirilməsinə töhfə verəcək.
Belousovun sözlərinə görə, müzakirələr zamanı iki əsas istiqamətə xüsusi diqqət ayrılıb. Bunlar vahid hava hücumundan müdafiə sisteminin və kollektiv aviasiya qüvvələrinin daha da inkişaf etdirilməsidir.
Nazir əlavə edib ki, hazırlanan və imzalanan sənədlər noyabrda keçiriləcək KTMT sammitində üzv dövlətlərin rəhbərlərinə təqdim olunacaq.
Qeyd edək ki, KTMT-yə üzv ölkələr 2026-cı ildə səkkiz hərbi təlim keçirəcəklər. Bu barədə təşkilatın baş katibi Taalatbek Masadıkov müdafiə nazirləri şurasının iclasından sonra açıqlama verib.
Adəm
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"













.jpg)



.jpg)










.jpg)








