MDB
Rusiya Gürcüstanı da hədələdi: Bunu etsəniz...
Gürcüstan rəhbərliyi Avropa İttifaqına (Aİ) üzvlüyün ölkə üçün yarada biləcəyi mənfi nəticələrini anlayır.
Publika.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Serqey Lavrov “İzvestiya” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, hazırkı Gürcüstan hakimiyyəti praqmatik siyasət yürüdür və Aİ-yə inteqrasiya kursunu təsdiqləsə də, bunun ölkənin kənd təsərrüfatı sektoruna ciddi təsir göstərə biləcəyini anlayır.
“Gürcüstan kənd təsərrüfatı məhsulları ilə tanınan ölkədir. Aİ-yə daxil olacağı təqdirdə isə bu üstünlüklərini itirə bilər. Çünki birlik daxilində kənd təsərrüfatı sahəsində öz maraqlarını qoruyan ölkələr var”, - deyə Lavrov bildirib.
Nazir əlavə edib ki, hazırda Gürcüstanın xarici ticarət dövriyyəsinin təxminən 70 faizi Rusiya və MDB ölkələrinin payına düşür.
Lavrovun fikrincə, Tbilisinin Avropa inteqrasiyası istiqamətində yekun qərar verməsi bu iqtisadi əlaqələri də sual altına qoya bilər.
Adəm
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO




























.jpg)










