MDB
Türkmənistanın Dövlət Kitabxanasında "Azərbaycan Ədəbiyyatı Guşəsi"nin açılışı oldu
Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində ölkənin Dövlət Mədəniyyət Mərkəzinin Dövlət Kitabxanasında "Azərbaycan Ədəbiyyatı Guşəsi"nin açılışı olub.
Publika.az xəbər verir ki, tədbirdə Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov və Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxış ediblər.
Çıxışlarda qardaş ölkənin əsas kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi"nin açılması əlamətdar mədəni hadisə kimi qiymətləndirilib.
Bildirilib ki, bu xarici ölkələrdə yaradılan 19-cu belə guşədir. Guşənin açılması Azərbaycanın görkəmli ədəbi-ictimai xadimlərinin əsərləri ilə xaricdə yaşayan soydaşlarımızın, həmçinin yerli vətəndaşların daha yaxından tanış olması üçün imkan yaradır.
Qeyd edək ki, yeni yaradılan guşədə Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və müasir inkişafına dair müxtəlif nəşrlər yer alıb. Gələcəkdə Azərbaycan Milli Kitabxanası tərəfindən guşənin yeni nəşrlərlə zənginləşdirilməsi istiqamətində davamlı addımlar atılacaq.
Sonra kitabxanada görkəmli Azərbaycan şairi və mütəfəkkiri, dövlət xadimi Molla Pənah Vaqifin və türkmən ədəbiyyatının tanınmış siması Məhtimqulu Fəraqinin yaradıcılığına həsr olunmuş elmi konfrans keçirilib.
Tədbirin moderatoru Azərbaycan Yazıçılar Birliyinin katibi yazıçı-dramaturq İlqar Fəhmi hər iki ədibin yaradıcılığı haqqında məlumat verib. Azərbaycan Milli Kitabxanasının direktor professor Kərim Tahirov Molla Pənah Vaqifin realist Azərbaycan ədəbiyyatının və ədəbi dilinin inkişafında müstəsna rol oynadğını bildirib.
Türkmənistan Dövlət Kitabxanasının direktoru Laçın Nurməhəmmədova çıxışında deyib ki, Məhtimqulu Fəraqi türkmən ədəbi dilinin banisi və özündən sonra ədəbi məktəb yaradan görkəmli şairdir. Qeyd olunub ki, 2024-cü ildə UNESCO-nun mənzil-qərargahında şairin 300 illiyi münasibətilə “Məhtimqulu Fəraqi və Türkmənistanın mədəni irsi” adlı sərgi və qala konsert keçirilib.
-
Yaxın Şərq13:01Bəşər Əsədə ölüm hökmü verildi
-
Dünya11:44Türkiyədən PKK ilə bağlı şok qərar - Minlərlə üzvə amnistiya yolu açıldı
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib















.png)






















