MDB
Yöndəmsiz təxribat: Moskvadan Zelenskinin Putinə məktubuna daha bir reaksiya
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Ukrayna lideri Volodimir Zelenskinin Rusiya prezidenti Vladimir Putinə yazdığı məktubu yöndəmsiz təxribat adlandırıb.
Publika.az xəbər verir ki, o, bu açıqlamanı BMT Təhlükəsizlik Şurasının iclasında verib.
Onun sözlərinə görə, müraciət münaqişənin həlli ilə bağlı "Kiyevin istənilən danışıqları pozmaq üçün çarəsiz cəhdlərini maskalamaq" məqsədi daşıyır. Rusiyanın daimi nümayəndəsi həmçinin Kiyevin səhvinə də diqqət çəkib.
“Bu cür sözdə açıq məktublar yazmazdan əvvəl, əvvəlcə Rusiya prezidenti ilə danışıqlar aparmağı qadağan edən öz fərmanınızı ləğv etməlisiniz”, - diplomat bildirib.
Nebenzya Ukrayna ilə danışıqların mümkünsüzlüyünü Kiyevin "kobudluğu" ilə izah edib.
Diplomat vurğulayıb ki, Moskva Ukraynadakı münaqişənin "təqlid danışıqları və ictimai tamaşa" deyil, uzunmüddətli həllini axtarır. O qeyd edib ki, "Kiyev bizimlə kobudluq və ultimatum dilində danışmağa davam etdiyi müddətcə, real danışıqlardan, zirvə görüşlərindən söhbət gedə bilməz".
Nebenzya vurğulayıb ki, Ukrayna öz səhvlərini tam olaraq etiraf edənə qədər Rusiya məqsədlərinə siyasi və diplomatik vasitələrlə deyil, hərbi yolla çatacaq.
4 iyun tarixində Zelenski Putinə birbaşa danışıqlara çağıran açıq məktub yazıb. Ukraynalı siyasətçi münaqişənin bitməsinin təfərrüatlarını müzakirə etmək üçün Rusiya lideri ilə şəxsi görüş təklif edib.
Müəllif: Tural
-
Qarabağ 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin119:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı


















.jpg)













.jpg)

