MDB
Rusiya Ermənistandakı seçkilərdən narazı qalıb: Ən azı 20 faiz oğurlandı
Ermənistan seçkilərində səs saxtakarlığı müxalifət partiyalarının səslərin ən azı 20%-ni itirməsinə səbəb olub.
Publika.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB İşləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsi sədrinin birinci müavini Viktor Vodolatski TASS-a bildirib.
Yerli müşahidəçilər və müxalifət səsvermə prosesi zamanı pozuntular barədə məlumat veriblər. Bunlara səsvermə karusellərindən istifadə, bülletenlərin çıxarılması, açıq səsvermə və hərbi qulluqçular tərəfindən qrup səsverməsi daxildir.
Seçkilər həm kampaniya zamanı, həm sükut günü, həm də seçki gününün özündə müxalifət üzvlərinin saxlanılması ilə yadda qalıb.
"Bu partiyalara səs verən insanların bülletenlərinin məhv edilməsi və ya zədələnməsi üçün hər şey edildi... Ən azı 20% səs müxalifətdən oğurlandı", - deyə Vodolatski bildirib.
Onun sözlərinə görə, seçki məntəqələrində səsvermə başa çatdıqdan sonra hərbçilər və tələbələr ora gətirilərək seçkilərdə iştirak etməyə məcbur ediliblər.
Ermənistanda parlament seçkiləri 7 iyunda keçirilib. Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, Paşinyanın hakim “Mülkü Müqavilə” Partiyası səslərin 49,825%-ni toplayıb. İş adamı Samvel Karapetyanın müxalifət bloku olan “Güclü Ermənistan” 23,281%, keçmiş prezident Robert Köçəryanın “Ermənistan” bloku isə 9,934% səs toplayıb.
Müəllif: Tural
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO

























.jpg)










