MDB
Daha bir türk lider Nikol Paşinyanı təbrik etdi
Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov parlament seçkilərində qazandığı qələbə münasibətilə Nikol Paşinyana təbrik məktubu göndərib.
Publika.az xəbər verir ki, bu barədə Qırğızıstan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Təbrikdə deyilir:
"Hörmətli Nikol Vovayeviç,
Qırğızıstan xalqı adından və şəxsən öz adımdan sizi və rəhbərlik etdiyiniz partiyanı Ermənistanda keçirilmiş parlament seçkilərində qələbə qazanmağınız münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Bu qələbə təsdiq edir ki, Ermənistan xalqı ölkənin gələcək sabit inkişafını, islahatların davamlılığını və dövlət institutlarının möhkəmləndirilməsini dəstəkləyir.
Qırğızıstan Respublikası qarşılıqlı hörmət prinsipinə əsaslanan dövlətlərarası münasibətləri və əməkdaşlığı yüksək qiymətləndirir. Biz siyasi, ticarət-iqtisadi, mədəni-humanitar sahələrdə Qırğızıstan-Ermənistan əməkdaşlığını bundan sonra da möhkəmləndirməyə hazırıq.
Hörmətli Nikol Vovayeviç, sizə möhkəm cansağlığı və dövlət fəaliyyətinizdə yeni uğurlar, Ermənistan xalqına isə sülh və rifah arzulayıram".
Hüseyn İbadlı
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO

























.jpg)










