MDB
Lavrovdan Ermənistana sərt xəbərdarlıq: İki stulda oturmaq mümkün olmayacaq
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim etməyin vacibliyini xatırladıb.
Publika.az xəbər verir ki, bu barədə Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər nazirlərinin iclasından sonra keçirilən mətbuat konfransında danışıb.
Nazirin sözlərinə görə, Ermənistanda Avropa İttifaqına üzv olmaq niyyətini əks etdirən qanun artıq qəbul olunub və bu məsələni praktiki mərhələyə keçirib.
"Belə bir vəziyyətdə İrəvan aydın və operativ qərar verməlidir", - deyə Lavrov bildirib.
Rusiya XİN rəhbəri vurğulayıb ki, Ermənistanın eyni vaxtda həm Avrasiya İqtisadi İttifaqında, həm də Avropa strukturlarında tamhüquqlu iştirak etməsi çətin görünür. O, belə cəhdi "iki stulda oturmaq istəyi" kimi qiymətləndirərək bunun uğursuzluğa məhkum olduğunu deyib.
Lavrov əlavə edib ki, Moskvanın Ermənistanın gələcək inteqrasiya seçimi ilə bağlı mövqeyi erməni tərəfinə açıq və birmənalı şəkildə çatdırılıb. Rusiya tərəfi İrəvandan bu mövqeyi nəzərə alaraq konkret addımlar gözlədiyini bildirib.
Adəm
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək















.jpg)


.jpg)






.jpg)










