MDB
Ukraynaya sülh lazımdır! - Zelenski
Ukrayna Təhlükəsizlik Xidməti gecə Rusiyanın Yaroslavl bölgəsində, Ukrayna sərhədindən 700 kilometrdən çox uzaqlıqda yerləşən neft obyektinə zərbə endirib.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz sosial şəbəkə səhifələrində paylaşım edib.
Zelenskinin sözlərinə görə, Rusiyanın dövlət ehtiyatları üçün vacib olan Yaroslavl bölgəsindəki neft obyektinə ziyan dəyib.
“Bu, Təhlükəsizlik Xidməti əməkdaşlarının gecə əməliyyatı zamanı seçdiyi hədəf olub. Tula bölgəsində Novomoskovskdakı Azot zavoduna qarşı ayrıca bir zərbə endirilib. Zavod partlayıcı maddələr istehsal edir. Ukraynanın hücumu zamanı Rusiyanın 28 bölgəsində hava hücumu xəbərdarlıqları edilib. Rusiyanın 6 aeroportunda hava hərəkətinə məhdudiyyətlər tətbiq edilib. Zərbələr, həmçinin Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindəki Rusiya ordusunun hərbi logistika obyektlərinə də yönəlib. Ukrayna uzunmənzilli zərbə planını yerinə yetirir və Rusiyanın müharibəni bitirməkdən imtina etməsinə cavab verir. Biz Rusiya rəhbərliyinə mümkün olan bütün danışıqlar formatlarını təklif etdik. Yeganə cavab davam edən təcavüz və onu genişləndirmək cəhdləri oldu. Müharibənin başladığı yerə qayıtması məntiqlidir. Ukraynaya sülh lazımdır”, - deyə Zelenski yazıb.
-
Magazin120:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin119:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur














.jpg)

















.jpg)


