MDB
Rusiyanın 16 bölgəsində narahat gecə: 172 PUA vuruldu
İyunun 15-dən 16-na keçən gecə hava hücumundan müdafiə sistemləri Rusiya bölgələri üzərində Ukrayna Silahlı Qüvvələrinə (UHQ) məxsus 172 pilotsuz uçuş aparatını (PUA) vurub.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi b açıqlama yayıb.
Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri Həştərxan, Ryazan, Oryol, Voronej və Tula vilayətləri, eləcə də Moskva vilayəti, Krasnodar diyarı və Rusiyanın işğalı altında olan Krım da daxil olmaqla 16 bölgəyə hücum edib. Bundan əlavə, Ukrayna PUA-ları Qara və Azov dənizləri üzərində də vurulub.
Müdafiə Nazirliyi vurulan bütün dronların təyyarə tipli olduğunu dəqiqləşdirib.
Müəllif: Tural
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi



































