MDB
İlin əvvəlindən bəri Moskvaya ən güclü hücum: PUA-lar göy üzünü tutdu
Ukraynanın pilotsuz uçuş aparatları (PUA) ilə iyunun 16-da Moskvaya həyata keçirdiyi hücum 2026-cı ilin əvvəlindən bəri paytaxta qarşı ən güclü hücum kimi qiymətləndirilib.
Publika.az xəbər verir ki, bu barədə TASS agentliyi Moskva meri Sergey Sobyaninin açıqladığı məlumatlara əsasən məlumat yayıb.
Bildirilib ki, gecə saatlarından başlayaraq gün ərzində Moskva istiqamətində hərəkət edən 60 Ukrayna PUA-sı hava hücumundan müdafiə (HHM) qüvvələri tərəfindən məhv edilib.
TASS-ın məlumatına görə, əvvəlki ən yüksək göstərici mayın 17-də qeydə alınmışdı. Həmin gün günün ilk yarısında 81 pilotsuz aparat zərərsizləşdirilmişdi. Bundan bir gün əvvəl - mayın 16-da 38, mayın 7-də isə daha 61 PUA vurulmuşdu.
Rusiya Müdafiə Nazirliyi isə açıqlamasında qeyd edib ki, iyunun 16-na keçən gecə ölkənin müxtəlif bölgələri üzərində ümumilikdə 172 Ukrayna pilotsuz uçuş aparatı məhv edilib.
Hücumların Həştərxan, Ryazan, Orlov, Voronej və Tula vilayətlərini, eləcə də Moskva regionunu, Krasnodar diyarını əhatə etdiyi bildirilib. Bundan başqa, Ukraynaya məxsus pilotsuz aparatların Qara dəniz və Azov dənizi akvatoriyaları üzərində də vurulduğu qeyd olunub.
Müəllif: Adəm
-
Ekologiya12:43Leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
-
Rəsmi xronika12:24Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirildi - YENİLƏNDİ
-
Sosial11:51Noyabrda 11 gün iş olmayacaq
-
MDB11:36Daha bir postsovet ölkəsi Rusiya ilə müharibəyə girir?
-
Paranormal10:46O dünyaya 15 dəqiqəlik səfər - Ölüb-dirilən gənc elə şeylər danışdı ki...
-
Rəsmi xronika10:16İlham Əliyev Türkmənbaşı şəhərində "Avaza" Kompleksinə getdi - FOTO
-
Dünya09:30Rusiyanı vəba bürüyür, dünyanı xof basır: Necə yayılır?
-
Sosial09:00Əhali üçün mühüm proqnoz verildi - Pensiyalara da təsir edə bilər



















.png)


















