MDB
Lukaşenko müharibə edənlərə çağırış etdi: Bu problemlər yalnız...
Belarus prezidenti Aleksandr Lukaşenko "Al Arabiya" telekanalına müsahibəsində Ukrayna və Yaxın Şərqdəki münaqişələrin hərbi yolla həllinin mümkün olmadığını bildirib.
Publika.az xəbər verir ki, Belarus lideri yaranmış böhranlardan çıxış yolunun yalnız diplomatik danışıqlardan keçdiyini deyib.
Lukaşenkonun sözlərinə görə, dünya ictimaiyyətinin qarşısında həllini gözləyən çoxsaylı problemlər dayanır və onların heç biri hərbi üsullarla aradan qaldırıla bilməz.
“Bu problemlər yalnız danışıqlar masası arxasında yekunlaşa bilər”, - deyə o bildirib.
Bəyanat Ukraynada döyüşlərin davam etdiyi, həmçinin Yaxın Şərqdə gərginliyin tam səngimədiyi bir vaxta təsadüf edib.
Aleksandr Lukaşenko qeyd edib ki, Belarus əvvəllər də vasitəçilik təşəbbüsləri ilə çıxış edib və Minskin danışıqlar üçün platforma kimi istifadə olunmasını təklif edib.
Belarus rəhbərliyi tərəflər arasında sülh dialoqunun prioritet olaraq qalmalı olduğunu vurğulayıb. Hələlik bu təşəbbüslər əsas oyunçular tərəfindən dəstəklənməsə də, rəsmi Minsk diplomatik həll variantında israr edir.
Müəllif: Adəm
-
Magazin119:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU













.jpg)


















.jpg)


