MDB
Lukaşenkonu artıq diktator hesab etmirlər: Jurnalistə dedi ki...
Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, onun diktator adlandırıldığı dövr çoxdan geridə qalıb.
Publika.az xəbər verir ki, Lukaşenko bu barədə “Əl-Ərəbiyyə” televiziyasına verdiyi müsahibədə deyib:
“O vaxtlar keçib. Bəli, mən Avropa liderləri ilə, o cümlədən aparıcı liderlərlə görüşmürəm, amma onlarla ya nümayəndələri vasitəsilə, ya da birbaşa əlaqə saxlayıram, necə ki, bu yaxınlarda Fransa prezidenti Emmanuel Makronla olduğu kimi”.
Lukaşenko əlavə edib ki, Avropa liderlərindən heç biri onu diktator adlandırmır, çünki bu, gülünc görünür. Belarus liderinin sözlərinə görə, o, diktator deyil, çünki öz iradəsini heç kimə qəbul etdirmək üçün resursları yoxdur.
Media əməkdaşı ilə söhbət zamanı Lukaşenko onu "Avropanın sonuncu diktatoru" ləqəbini qazanmış siyasətçidən müsahibə aldığına görə sevinməyə çağırıb.
Müəllif: Tural
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi



































