MDB
Müəllimi Putinə MƏSLƏHƏT VERDİ - “Özünə sübut etməyə çalış ki...”
Rusiya Prezidenti Vladimir Putinin ilk məktəb müəllimi Vera Qureviç dövlət başçısına xalqla daha yaxın olmağı tövsiyə edib.
Publika.az xəbər verir ki, o, bu arzularını "RT" telekanalına verdiyi müsahibədə səsləndirib.
"Xalqın yanında ol, onların ehtiyaclarını hiss et, sənə veriləcək sualları dinlə. Əgər bir insanla söhbət zamanı nəsə öyrənsən, bunu nəzərə al və boş vaxtlarında həmin məsələlər üzərində düşün: razısan, yoxsa yox. Əgər onlarla razı deyilsənsə, özünə sübut etməyə çalış ki, niyə belədir", - deyə Qureviç bildirib.
Pedaqoq, həmçinin Putinə düşündüyü kimi danışmağı məsləhət görüb.
Daha əvvəl Qureviç bildirib ki, məktəb illərində Rusiya prezidenti qapalı xarakterli lider olub. Onun xatirələrinə görə, Putin məktəbdə rəhbər vəzifələrə seçilmək üçün heç vaxt öz namizədliyini irəli sürməyib.
Hüseyn İbadlı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi



































