MDB
Putin bu şəhərdə Hakan Fidanla görüşəcək
Rusiya Prezidenti Vladimir Putin iyunun 17-də Kazanda Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşəcək.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.
“Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvada səfərdədir və o, Prezidentlə görüşmək xahişi ilə müraciət edib. Bu xahiş yerinə yetirilib və Vladimir Putin sabah axşam Türkiyənin xarici işlər nazirini qəbul edəcək”, - deyə o bildirib.
Onun sözlərinə görə, Moskvada olan və Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparan H.Fidan Kazana gələcək.
Y.Uşakov, həmçinin bildirib ki, Vladimir Putin iyunun 17-18-də Kazanda Rusiya Federasiyası ilə Cənub-Şərqi Asiya dövlətləri Assosiasiyası arasında münasibətlərin 35 illiyinə həsr olunmuş Rusiya-ASEAN yubiley sammitində iştirak edəcək.
Sammitdə beynəlxalq və regional gündəliyin aktual məsələləri, eləcə də Rusiyanın ASEAN ölkələri ilə əməkdaşlığının inkişaf perspektivlərinin müzakirə edilməsi planlaşdırılır.
-
Magazin119:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU













.jpg)


















.jpg)


