MDB
Rusiya Ermənistana qapıları bağlayır? - Moskva qadağaların səbəbini açıqladı
Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Xidmətinin (Rosselxoznadzor) rəhbəri Sergey Dankvert Ermənistandan ərzaq məhsullarının idxalına tətbiq edilən çoxsaylı məhdudiyyətlərin siyasi səbəblərlə bağlı olmadığını bildirib.
Publika.az xəbər verir ki, o, bu barədə “Rossiyskaya qazeta”ya müsahibəsində danışıb.
Dankvertin sözlərinə görə, Moskva ilə İrəvan arasında münasibətlərin gərginləşməsi fonunda məhdudiyyətlərin tətbiq olunması sadəcə təsadüfdür.
“Bizim müəssisələrlə uzun illərə söykənən əməkdaşlıq tariximiz, laboratoriya araşdırmalarının nəticələri, tədarüklər və aşkar edilən pozuntularla bağlı məlumatlarımız var”, - deyə o vurğulayıb.
Rosselxoznadzor rəhbəri əsas problemin Ermənistanda istehsal və nəzarət sisteminin yetərincə təşkil olunmaması ilə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, çoxsaylı fermerlərin məhsulları bir yerdə toplanaraq ixraca göndərilir və yoxlamalar yalnız sərhəddə aparılır ki, bu da effektiv nəzarətə imkan vermir.
Dankvert qeyd edib ki, hər hansı müəssisəyə qarşı qadağa qərarı ani şəkildə verilmir və hər bir şirkətlə bağlı uzun illəri əhatə edən məlumat bazası mövcuddur.
Qeyd edək ki, son bir ay ərzində Rusiya Ermənistandan gül, pomidor, xiyar, bibər, göyərti, çiyələk, mineral su, balıq və balıq məhsulları, həmçinin alça, ərik, şaftalı, nektarin, üzüm, quru meyvə, badımcan və kartof idxalına müxtəlif məhdudiyyətlər tətbiq edib.
Bununla əlaqədar Ermənistan tərəfi Rusiyanın tətbiq etdiyi məhdudiyyətlərin müzakirəyə çıxarılması üçün Avrasiya İqtisadi Komissiyasına müraciət edib. Ermənistanın Baş naziri Nikol Paşinyan yerli fermerlərin zərərlərinin kompensasiya ediləcəyini açıqlayıb. Bundan əlavə, Avropa İttifaqının rəhbərliyi Ermənistana 50 milyon avrodan çox maliyyə dəstəyi ayırmağı planlaşdırır.
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi



































