MDB
Onlara “yaşıl işıq” yandırıldı - Putindən qərar
Rusiyada keçiriləcək parlament seçkilərində iştirak etmək hüququna malik olan siyasi partiyaların sayı açıqlanıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova məlumat verib.
Rusiya KİV-lərinin yaydığı məlumata görə, Pamfilova MSK-nın iclasında çıxışı zamanı bildirib ki, hazırda ölkədə rəsmi qeydiyyatdan keçmiş 25 siyasi partiya fəaliyyət göstərir.
Onun sözlərinə görə, bu partiyalardan 17-si seçkilərdə iştirak etmək hüququ əldə edib.
“Hazırkı seçki mövsümündə rəsmi qeydiyyatdan keçmiş 25 partiya fəaliyyət göstərir. Onlardan 17-si bu gün etibarilə seçkilərdə iştirak etmək hüququna malikdir. Gözləyirik ki, həmin 17 partiya qarşıdan gələn seçkilərdə müxtəlif səviyyələrdə iştirak edəcək”, – deyə Pamfilova vurğulayıb.
Qeyd edək ki, parlament seçkiləri sentyabrın 20-nə təyin olunub. Seçkilər nəticəsində 450 deputat seçiləcək. Onlardan 225-i birmandatlı seçki dairələri, digər 225-i isə federal seçki dairəsi üzrə müəyyənləşdiriləcək.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin qarşıdan gələn Dövlət Dumasına seçkiləri ölkənin ən mühüm daxili siyasi hadisələrindən biri adlandırıb. (Globalinfo.az)
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi

























.jpg)








