MDB
Moskva vilayətinə kütləvi PUA hücumu: Yaşayış binaları zədələndi, sakinlər...
Rusiyanın Moskva vilayətində gecə və səhər saatlarında hava hücumundan müdafiə qüvvələri pilotsuz uçuş aparatlarının (PUA) hücumlarını dəf edib.
Publika.az xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov "Telegram" kanalında məlumat yayıb.
Onun sözlərinə görə, Jukovski şəhərində PUA çoxmənzilli yaşayış binasına düşüb. Nəticədə binanın 23 və 24-cü mərtəbələri arasındakı yanğın pilləkəninə çıxış hissəsi və iki eyvan zədələnib. İlkin məlumata əsasən, xəsarət alan olmayıb. Hazırda sakinlərin təxliyəsi həyata keçirilir.
Elektrostal şəhərinin Stepanovo kəndində isə vurulan PUA-nın qalıqları fərdi yaşayış evinin damına ziyan vurub. Çiynindən yüngül xəsarət alan qadın hospitalizasiya olunmaqdan imtina edib.
Bundan başqa, Elektrostalda Radio küçəsində PUA qalıqlarının düşməsi nəticəsində avtomobil yanıb. Yanğın qısa müddətdə lokallaşdırılıb.
Lyubertsı şəhərində bir neçə ərazidə PUA qalıqlarının düşməsi qeydə alınıb. Nəticədə fitnes mərkəzinin binasına və sənaye zonasında yerləşən obyektə ziyan dəyib. İlkin məlumata görə, xəsarət alan yoxdur.
Həmçinin PUA qalıqları “Belaya Daça” ticarət mərkəzinin damına düşərək yanğına səbəb olub. Yanğının sahəsi və mümkün zərərçəkənlərlə bağlı məlumat dəqiqləşdirilir.
Çexov şəhərinin Masnovo-Jukovo kəndində isə PUA bağ evinə düşüb. Hadisə nəticəsində tikili və təsərrüfat obyektləri dağılıb.
Kryukovo qəsəbəsində də PUA qalıqlarının bir neçə bağ sahəsinin ərazisinə düşdüyü bildirilib.
Vorobyov əlavə edib ki, Pavlovski Posad şəhərinin Fateyevo kəndində PUA zərbəsi nəticəsində iki bağ evi yanıb. Hadisə yerində yanğınsöndürmə briqadaları fəaliyyət göstərir.
Hazırda bütün ünvanlarda fövqəladə xidmət əməkdaşları, hüquq-mühafizə orqanları və tibb işçiləri işlərini davam etdirirlər.
Müəllif: Adəm
-
Dünya11:44Türkiyədən PKK ilə bağlı şok qərar - Minlərlə üzvə amnistiya yolu açıldı
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin





































