MDB
Minsk müharibəyə sürüklənsə, nəticəsi ağır olacaq - Lukaşenko
Belarus prezidenti Aleksandr Lukaşenko Bryansk vilayətində Ukrayna Silahlı Qüvvələrinin Belarusdan olan uşaqları daşıyan avtobusa hücumunu şərh edib.
Publika.az xəbər verir ki, Lukaşenko Belarusu müharibəyə cəlb etmək cəhdlərinin Minskə qarşı təxribat törədənlər üçün ağır nəticələr doğuracağını bildirib.
“Əgər kimsə bizi təxribata çəkib müharibəyə sürükləməyə çalışarsa, düşünürəm ki, bu, bunu etməyə çalışanlar üçün pis nəticələnəcək”, - deyə Lukaşenko vurğulayıb.
O qeyd edib ki, baş verən hadisələr kimlərinsə Belarusun sakit dövlət olmasını qəbul etməməsi ilə bağlıdır.
Məlumata görə, 17 iyun tarixində Ukrayna Silahlı Qüvvələrinin Bryansk vilayəti yaxınlığında Belarusdan olan uşaq futbol komandasını daşıyan avtobusa dron hücumu həyata keçirilib. Hücum nəticəsində komandanı müşayiət edən bir qadın həyatını itirib, altı yeniyetmə futbolçu daxil olmaqla səkkiz nəfər yaralanıb. Yaralıların altısı xəstəxanalara yerləşdirilib, iki uşaq isə reanimasiyada müalicə olunur.
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi

























.jpg)








