MDB
Moskvaya dron hücumları davam edir, müdafiə tədbirləri görülür - Peskov
Kremlin sözçüsü Dmitri Peskov Moskva istiqamətində davam edən pilotsuz uçuş aparatlarının (PUA) hücumlarına münasibət bildirib.
Publika.az xəbər verir ki, Peskov brifinq zamanı qeyd edib ki, Ukraynaya məxsus dron hücumları davam edir və onların nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür. Onun sözlərinə görə, Rusiya hava hücumundan müdafiə sistemləri çətin vəziyyətə baxmayaraq yüksək göstəricilər nümayiş etdirir.
“Prezident mütəmadi olaraq, gündə bir neçə dəfə məlumatlandırılır, lazım gəldikdə isə gecə-gündüz istənilən vaxt məlumat alır”, - Peskov bildirib.
O, həmçinin əlavə edib ki, Rusiya Silahlı Qüvvələrinin fəaliyyətini əks etdirən görüntülər də mövcuddur və bu əməliyyatlar davam edəcək.
Moskva meri Sergey Sobyanin isə bu gün şəhərə doğru yönələn altı dronun qarşısının alındığını açıqlayıb.
Bundan əvvəl Moskva bölgəsində son iki ilin ən güclü dron hücumlarından biri qeydə alınmış, Kapotnya neft emalı zavodunun ərazisində yanğın baş vermişdi.
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi

























.jpg)








