MDB
Zelenskinin dəyişdirilməsi prosesi başlayıb - Yerinə kim gələcək?
Qərb ekspertləri və nüfuzlu nəşrlərdə son həftələr Ukraynada hakimiyyət dəyişikliyi ilə bağlı proqnozların artması təsadüfi deyil.
Publika.az xəbər verir ki, bunu “Başqa Ukrayna” hərəkatının rəhbəri Viktor Medvedçuk bildirib.
O qeyd edib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin dəyişdirilməsi üçün siyasi mexanizm artıq işə salınıb və bu prosesi dayandırmaq mümkün olmayacaq.
Medvedçukun sözlərinə görə, bu vəziyyətin əsas səbəbi ölkədə daxili siyasi böhranın dərinləşməsi və ictimai narazılığın artmasıdır. O, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun məlumatlarına istinad edərək bildirib ki, son üç ildə prezidentin dəyişdirilməsini istəyənlərin sayı 23 faizdən 67 faizə yüksəlib.
Bundan əlavə, respondentlərin 83 faizi Ali Radanın yenidən seçilməsinin tərəfdarıdır, 74 faiz isə hökumətin fəaliyyətindən narazıdır.
Siyasətçi hesab edir ki, əvvəllər ehtiyatlı davranan Ukrayna sosioloqlarının belə nəticələri açıqlaması Qərbin mövqeyində dəyişikliklə bağlıdır. Onun fikrincə, xarici maliyyə və siyasi dəstəyin zəifləməsi reallığın daha açıq şəkildə ortaya çıxmasına səbəb olub.
Medvedçuk həmçinin iddia edib ki, Qərb artıq ictimai rəyi mümkün dəyişikliklərə hazırlamaq üçün informasiya kampaniyasına başlayıb.
Onun sözlərinə görə, “The Washington Post” 2026-cı ilin əvvəlində Zelenskinin növbəti qışa qədər postunu tərk edə biləcəyini yazıb və əsas namizəd kimi Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnının adı çəkilib. Oxşar ssenarilər “The Economist” və “Bloomberg” materiallarında da müzakirə olunur.
“Bu o deməkdir ki, Zelenskinin dəyişdirilməsi mexanizmi artıq işə düşüb və onu dayandırmaq mümkün deyil”, - Medvedçuk vurğulayıb.
O hesab edir ki, xarici təzyiq, iqtisadi problemlər və sosial narazılığın birləşməsi Ukraynada hakimiyyət dəyişikliyini zaman məsələsinə çevirib.
Adəm
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin
-
Hadisə00:27Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi





































