MDB
Yayda Rusiyaya yağan güclü qar həyatı iflic etdi - VİDEO
Rusiyada yağan güclü qar sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Publika.az xəbər verir ki, yay ayı olmasına baxmayaraq Zabaykalyada havaların kəskin şəkildə soyuması və qışdakı kimi yolların qarla örtülməsi rusları qorxudub. Bölgənin Nəqliyyat Nazirliyinin "Maks" sosial şəbəkəsində yaydığı məlumata görə, güclü qar səbəbindən yolların bəzi hissəsi bağlanıb və ağaclar aşıb.
Paylaşımda qeyd edilib ki, yol infrastrukturuna məsul olan işçilər hazırda Krasnoçikoy rayonunun Maloarxangelsk kəndi ilə Petrovsk-Zabaykalski rayonunun Maleta kəndi arasındakı yola aşmış ağacları təmizləyirlər. Yolun 180-ci km-dən 234-cü km-ə qədər olan hissəsinə isə xüsusi texnika göndərilib.
Nazirlik onu da əlavə edib ki, bölgədə qar davam edir, temperatur sıfır dərəcəsindən aşağıdır: "Ona görə də sürücülər ehtiyatlı olmalı və ehtiyac olmadığı təqdirdə yollarda maşın sürməkdən çəkinməlidirlər".
Müəllif: Tural
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi























.jpg)









