MDB
Merin kanalında müəmmalı paylaşım: “Moskva yanacaq!” mesajı yayıldı - Foto
Moskva meri Sergey Sobyaninin teleqram kanalında iyunun 21-i axşam saatlarında müəmmalı paylaşımlar edilib.
Publika.az “Mediazona”ya istinadən xəbər verir ki, “Sergey Sobyanin. Lichnıy bloq” adlı teleqram kanalında “Moskva yanacaq!” məzmunlu mesajlar, həmçinin Ukrayna Silahlı Qüvvələri üçün dron toplanmasına dair keçidlər yerləşdirilib.
Məlumata görə, sözügedən kanalın təxminən 40 min abunəçisi var. Qeyd olunur ki, Sobyaninin bundan əlavə daha geniş auditoriyaya malik başqa bir teleqram kanalı da fəaliyyət göstərir.
Paylaşımlar arasında Ukrayna hərbçiləri üçün dron toplanmasına yönəlmiş, “Spilnota Sternenka” fonduna aid keçidlər də olub.
Bir müddət sonra teleqram kanalı bağlanıb. Kanalın arxiv versiyasının "TgStat" xidmətində qaldığı bildirilir. Səhər saatlarında isə kanalda yenidən əvvəlki paylaşımlar bərpa olunub. Son görünən paylaşımın iyunun 17-nə aid olduğu qeyd edilir.
Hadisə ilə bağlı Moskva meriyası hələlik rəsmi açıqlama verməyib.
Adəm

-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi


















.jpg)






.jpg)








