MDB
Süni intellekt Putinin real boyunu hesabladı: Əslində...
Rusiya prezidenti Vladimir Putinin boyu ilə bağlı uzun illərdir davam edən müzakirələr yenidən gündəmə gəlib.
Publika.az “The Telegraph”a istinadla xəbər verir ki, bu dəfə məsələ süni intellekt vasitəsilə analiz olunub.
Məlumata əsasən, Putinin Aleksandr Lukaşenko ilə birlikdə çəkilmiş arxiv fotosu üzərində aparılan təhlildə müxtəlif faktorlar nəzərə alınıb. Lukaşenkonun boyu müxtəlif mənbələrdə 182-183 sm kimi göstərilsə də, onun real boyunun təxminən 182,5 sm olduğu ehtimal edilir.
Süni intellektin (Gemini) ilkin hesablamasına görə, fotoda Putinin boyu vizual olaraq 170-172 sm aralığında görünür. Lakin analiz zamanı perspektiv, kamera bucağı və Putinin kameraya daha yaxın dayanması kimi amillərin nəticəni dəyişə biləcəyi qeyd olunub.
Bundan əlavə, diqqət çəkən məqamlardan biri də ayaqqabı faktoru olub. Fotoda klassik, dabanlı ayaqqabılar və topuq hissəsində əlavə hündürlük verə biləcək konstruksiya elementlərinin olduğu iddia edilir. Mütəxəssislərin hesablamasına görə, adi kişi ayaqqabısı 2-3 sm hündürlük əlavə edirsə, xüsusi platformalı ayaqqabılar 5-7 sm-ə qədər artım yarada bilər. Bu isə real fərqin daha böyük görünməsinə səbəb ola bilər.
Bu amillər nəzərə alındıqdan sonra süni intellekt Putinin “real boyunun” təxminən 165-168 sm ola biləcəyini ehtimal edib.
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi


















.jpg)






.jpg)








