MDB
Zelenski Polşa prezidenti ilə qarşıdurmadan danışdı: Konfransı pozmağa çalışır
Polşa prezidenti Karol Navrotski ilə Ukrayna arasında gərginlik daha da artır.
Publika.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski TSN-ə müsahibəsində deyib.
Onun sözlərinə görə, Polşa lideri iyunun 25-26-da Qdanskda keçirilməsi planlaşdırılan Ukraynanın bərpasına həsr olunan beynəlxalq konfransın təşkilinə mane olmağa çalışır.
Zelenski bildirib ki, Buxarest sammiti çərçivəsində baş tutan görüş zamanı Navrotski tədbirin formatı ilə bağlı narazılığını açıq şəkildə ifadə edib. Ukrayna liderinin sözlərinə görə, Polşa prezidenti həmin tədbirə dəvət olunmamasını əsas gətirib.
Ukrayna prezidenti iddia edib ki, Navrotski daxili siyasi məqsədlər naminə qarşıdurmanı dərinləşdirir və bununla da Baş nazir Donald Tuskun mövqelərinə təsir göstərməyə çalışır.
“Mən görüşməyi təklif etdim, amma Navrotski münaqişəni daha da kəskinləşdirmək yolunu seçdi”, - Zelenski bildirib.
Onun sözlərinə görə, Polşa prezidenti, həmçinin Ukraynanın Avropada yer almasının yerli fermerlərin maraqlarına zərər vurduğunu düşünür.
Zelenski hesab edir ki, bu addımlar yalnız konfransın keçirilməsinə mane olmaq və Tuska təzyiq göstərmək məqsədi daşımır, eyni zamanda ictimai narazılığı artırmağa yönəlib.
Adəm
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi


















.jpg)






.jpg)








