MDB
Rusiyanın bu vilayəti yanır: 50 desant qrupu köməyə göndərildi
Rusiyanın Krasnoyarsk diyarında əlçatmaz ərazilərdə baş verən genişmiqyaslı meşə yanğınlarının söndürülməsi üçün əlavə qüvvələr cəlb olunub.
Publika.az xəbər verir ki, bu məqsədlə Zabaykalye diyarından 50 nəfərlik yanğınsöndürən-desant qrupu bölgəyə göndərilir.
Zabaykalye Diyarı Meşə Təsərrüfatı Nazirliyinin məlumatına görə, qrup Xilokski, Nerçinski, Krasnoçikoyski, Tunqokoçenski, Sretenski, Petrovski və Çita bələdiyyə dairələrinin aviasiya bölmələrinin əməkdaşlarından formalaşdırılıb.
Bildirilib ki, xilasedicilər quru texnikası və helikopterlərin istifadə edilə bilmədiyi ərazilərdə alovla mübarizə aparacaqlar. Qrupun tərkibində belə mürəkkəb şəraitdə eniş və əməliyyat təcrübəsi olan mütəxəssislər yer alıb.
Məlumata görə, desantçıların bölgədə təxminən bir ay fəaliyyət göstərməsi planlaşdırılır.
Qeyd edək ki, bu, Zabaykalyedən göndərilən ikinci qrupdur. İyunun 15-də daha 30 yanğınsöndürən-desantçı artıq Krasnoyarsk diyarına çatdırılmışdı.
Hazırda bölgənin meşə ərazilərində fövqəladə vəziyyət rejimi tətbiq olunur. Rəsmi məlumatlara əsasən, yanğınların əhatə etdiyi sahə 190 min hektarı ötüb.
Müəllif: Adəm
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi


















.jpg)






.jpg)








