MDB
Putinin “şəxsi düşməni” müəmmalı şəkildə öldü: Kabayeva ilə bağlı sirri açmışdı
Rusiya prezidenti Vladimir Putinin gimnast Alina Kabayeva ilə münasibətdə olduğunu ilk dəfə 2008-ci ildə yazan rusiyalı jurnalist Qriqori Nexoroşev şübhəli şəraitdə vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə “Delfi” xəbər agentliyi məlumat yayıb.
11 ildir Latviyada mühacirətdə yaşayan 69 yaşlı Nexoroşev bağından yığdığı göbələkləri yedikdən sonra zəhərlənib. Lakin qohumları təcrübəli jurnalistin göbələkləri çox yaxşı tanıdığını vurğulayıblar.
“Putinin şəxsi düşməni" kimi tanınan və Rusiya agentləri tərəfindən sui-qəsddən qorxduğu bildirilən Nexoroşevin qəfil ölümü şübhələrə səbəb olub.
Putinin Kabayevadan iki övladı olduğu və bu münasibətləri ictimaiyyətdən gizlətdiyi iddia edilir. Digər tərəfdən, jurnalistin ölümü bir daha Kreml əleyhdarlarını hədəf alan zəhərlənmə hallarına diqqət çəkib.
Müəllif: Tural
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi


















.jpg)






.jpg)








