MDB
Rusiyanın bu şəhərini tornado vurdu: 100 ev dağılıb, 16 nəfər...
Sverdlovsk vilayətinin Kuşva şəhərində baş verən tornado nəticəsində təxminən 100 evə ziyan dəyib.
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi bölgənin İnformasiya Siyasəti Departamentinə istinadən məlumat yayıb. Şəhər administrasiyası hadisə nəticəsində 99 yaşayış binasının zədələndiyini və 32 tikilinin tamamilə dağıldığını açıqlayıb.
25 nəqliyyat vasitəsi və 15 elektrik xətti də zədələnib. Regional Fövqəladə Hallar Nazirliyi güclü küləklərinin ağacları aşırdığını və onlarla dam örtüyünü qopardığını əlavə edib. 4000-dən çox fərdi ev elektriksiz qalıb.
Sverdlovsk vilayətinin Kuşva şəhərində fövqəladə vəziyyət elan olunub. On altı nəfər tibbi yardım üçün müraciət edib.
Kuşvada təcili bərpa işləri davam edir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yerli sakinlərə ünvanlı yardım göstərir. Şəhərdə 50 nəfərlik müvəqqəti yaşayış mərkəzi də yaradılıb.
Müəllif: Tural
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi


















.jpg)






.jpg)








