MDB
Lukaşenko Zelenskinin təhdidlərindən sonra xalqa müraciət etdi
Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən səsləndirilən təhdidlər fonunda sərhədyanı bölgə sakinlərinə müraciət edib.
Publika.az xəbər verir ki, bu barədə Belarus dövlət agentliyi BelTA məlumat yayıb.
Məlumata görə, Qomel Vilayət İcraiyyə Komitəsinin sədri İvan Krupko Lukaşenko ilə görüşdən sonra dövlət başçısının mesajını açıqlayıb.
“Prezident xahiş edib ki, Qomel vilayətinin sakinlərinə çatdıraq: heç nədən narahat olmasınlar. İstənilən təcavüzkarın hücumunu dəf etmək üçün kifayət qədər güc və vasitələrimiz var. Vətəndaşlarımızın təhlükəsizliyi üçün lazım olan hər şey ediləcək”, - deyə Krupko bildirib.
Onun sözlərinə görə, görüş zamanı sakinlərin Zelenskinin ultimatumu və Ukrayna Silahlı Qüvvələrinin sərhədyanı rayonlara mümkün zərbələri ilə bağlı narahatlığı Lukaşenkoya çatdırılıb.
Krupko əlavə edib ki, sərhəddə təhlükəsizlik tədbirləri davam etdirilir və mövcud vəziyyət mürəkkəb olsa da, tam nəzarət altındadır.
Qeyd edək ki, bu bəyanat Lukaşenkonun Zelenskinin ultimatumu və Belarus ərazisinə mümkün zərbələrlə bağlı açıqlamalarına ilk reaksiyası hesab olunur.
Adəm
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi


















.jpg)






.jpg)








