MDB
Rusiya Krımı qoruya bilmir: Sevastopol tamamilə elektriksiz qaldı
24 iyun gecəsi enerji infrastrukturuna edilən kütləvi dron hücumu nəticəsində Rusiyanın işğalı altında olan Sevastopol şəhəri tamamilə elektriksiz qalıb.
Publika.az xəbər verir ki, bu barədə məlumatı şəhərin Rusiya tərəfindən təyin edilmiş "qubernatoru" Mixail Razvojayev bildirib.
Şahidlərin və monitorinq qruplarının məlumatına görə, gecə boyunca Krımda bir sıra güclü partlayışlar baş verib. Əsas hədəf yarımadanın əsas elektrik stansiyalarından biri olan Sevastopoldakı Balaklava İstilik Elektrik Stansiyası olub.
“Düşmənin enerji infrastrukturumuza hücumu nəticəsində şəhər müvəqqəti olaraq elektrik enerjisiz qalıb.
İşığın olmaması bizi qorxutmayacaq. Daha pisini yaşamışıq və buna da dözəcəyik", - deyə Razvojayev deyib. Balakleya İstilik Elektrik Stansiyasına dəyən ziyanın miqyası hazırda müəyyən edilir.
Rusiya hakimiyyətinin nümayəndəsi ictimaiyyəti sakitləşdirməyə çalışır və eyni zamanda onları telefon batareyalarına qənaət etməyə çağırır.
Müəllif: Tural
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO


















.jpg)






.jpg)








