MDB
Moskva qərarını verdi: Bundan sonra hər şeyi cəbhə həll edəcək
Almaniyanın “Berliner Zeitung” nəşri Ukrayna münaqişəsinin “Alyaska razılaşmaları” əsasında nizamlanması cəhdlərinin uğursuzluğa düçar olduğunu yazıb.
Publika.az xəbər verir ki, analitik materialda qeyd olunur ki, Vaşinqtonun Ankoricdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi Moskvanın yanaşmasına təsir göstərib.
Məqalədə bildirilib ki, Rusiya tərəfi ABŞ administrasiyasının əldə olunmuş anlaşmalara əməl edə bilmədiyini hesab edir və buna cavab olaraq hərbi fəaliyyətin intensivləşdirilməsini gündəmə gətirir. Bununla yanaşı, Moskvanın diplomatik həll variantına hazır olduğunu bəyan etdiyi vurğulanır.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə istinadən qeyd edilir:
“Biz bu anlaşmaların və ya razılaşmaların yerinə yetirilməsini gözləmirik. Biz qələbə və öz məqsədlərimizin reallaşmasını gözləyirik”.
Nəşr yazıb ki, ötən ilin avqustunda Ankoricdə keçirilən Putin-Tramp görüşündən sonra Vaşinqtonla Moskva arasında başlayan ehtiyatlı yaxınlaşma prosesinin artıq dayanması ehtimalı güclənib.
Analitiklər hesab edirlər ki, ABŞ tərəfinin razılaşmaların şərtlərinə sistemli şəkildə əməl etməməsi Rusiyanı prioritetləri daha çox hərbi həll istiqamətinə yönəltməyə vadar edir.
Məqalədə qeyd olunub ki, son aylarda yüksək vəzifəli Rusiya rəsmiləri Vaşinqtonun passivliyindən dəfələrlə narazılıq ifadə ediblər. Eyni zamanda, Donald Trampın yaxın çevrəsinə daxil olan Stiv Uitkoff və Cared Kuşnerin mümkün səfərləri gündəmdə qalsa da, Berlin Yuri Uşakovun açıqlamalarını ABŞ təminatlarına etimadın azalmasının siqnalı kimi qiymətləndirir.
Müəllif: Adəm
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO


















.jpg)






.jpg)








