MDB
Rusiya, Ukrayna və Belarus yenə birlikdə olacaq - Lukaşenko
Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya, Ukrayna və Belarus xalqlarının gələcəkdə yenidən birlikdə olacağına əmin olduğunu bildirib.
Publika.az xəbər verir ki, bu barədə o, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüş zamanı deyib.
Lukaşenkonun sözlərinə görə, xalqlar arasında mövcud olan tarixi və qohumluq bağlarını süni maneələrlə qoparmaq mümkün deyil.
“Bu barədə yaxın zamanda Zelenskinin nümayəndələrinə də demişdim. Xalqlarımız yenə birlikdə olacaq. Tez və ya gec bu baş verəcək. Başqa cür necə ola bilər? Sizin doğmalarınız Ukraynada dəfn olunub. Siz bu gün yalnız Rusiyanın deyil, həm də Belarusun xeyrinə çalışırsınız və eyni zamanda Ukraynanın əleyhinə deyilsiniz. Bunu necə ayırmaq olar? Bu, mümkün deyil”, - deyə Belarus lideri bildirib.
Prezident hazırkı siyasi fikir ayrılıqlarını müvəqqəti hesab etdiyini vurğulayıb. O, Rusiya və Belarusu ortaq vətən adlandıraraq münasibətlərin gələcəkdə normallaşacağına və xalqlar arasında əvvəlki dostluq əlaqələrinin bərpa olunacağına inandığını qeyd edib.
“Vaxt keçəcək, biz vəziyyəti düzəldəcəyik və münasibətlərimizi yenidən quracağıq. Mən buna tam əminəm. Bu məsələdə Belarusa arxalana bilərsiniz”, - deyə Lukaşenko əlavə edib.
Belarus lideri sonda bildirib ki, üç xalqın birliyini heç bir xarici qüvvə dağıda bilməz.
Müəllif: Adəm
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO


















.jpg)






.jpg)








