MDB
Təzyiq artır - Rusiya Ermənistanın bütün müəssisələrinə qadağa qoydu
Rusiya Ermənistandan balıq idxalına qoyulan məhdudiyyətləri genişləndirərək, daha iki Ermənistan şirkətinin məhsullarının sertifikatlaşdırılmasını əvvəllər müəyyən edilmiş pozuntular aradan qaldırılana qədər müvəqqəti olaraq dayandırıb.
Publika.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor”dan (Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmət) TASS-a bildirilib.
Bu, faktiki olaraq Ermənistandan bütün balıq idxalını dayandırır.
Agentlik xatırladıb ki, sistemli pozuntuların aşkarlanmasından sonra “Rosselxoznadzor” əvvəllər Ermənistan tərəfinə yoxlamada birbaşa iştirak edən şirkətlər – “MF Export MMC” və “Invest Plus MMC” istisna olmaqla, bütün balıq məhsullarının sertifikatlaşdırılmasını müvəqqəti olaraq dayandırmağı xahiş etmişdi. Bu şirkətlər üçün ciddi laboratoriya monitorinqi rejimi tətbiq edilib.
"Materialların təhlilindən sonra ilkin hesabat hazırlanıb və aşkar edilmiş pozuntular aradan qaldırılana və lazımi dəstəkləyici materiallar təqdim edilənə qədər bu şirkətlərin məhsullarının sertifikatlaşdırılmasını müvəqqəti olaraq dayandırmaq qərarı verilib", - “Rosselxoznadzor” bildirib.
Onlar agentliyin Rusiya bazarına çatdırılması nəzərdə tutulan balıq və balıq məhsullarının təhlükəsizliyini təmin etmək üçün Ermənistan tərəfi ilə birgə işlədiyini vurğulayıblar.
Müəllif: Tural
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO


















.jpg)






.jpg)








